"MİDA" Cəbrayılda yeni çoxmənzilli bina tikdirəcək

MİDA Cəbrayılda yeni çoxmənzilli bina tikdirəcək
Sosial 89

Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus "MİDA" MMC Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi üçün dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan 2 lotdan ibarət açıq tender elan edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hər lotda iştirak haqqı 1 200 manat təşkil edir.

İddiaçılar ilkin sənədləri aprelin 3-ü, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə aprelin 13-ü, saat 17:00-a qədər qurumun Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə aprelin 14-ü, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər