Mayın 28-i ictimai nəqliyyat işləyəcək? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, 28 may Respublika günü ilə əlaqədar ölkədə qeyri-iş günüdür.
Qeyri-iş günləri ictimai nəqliyyatın hərəkətinə məhdudiyyətin qoyulduğunu nəzərə alsaq, belə bir sual yaranır: Cümə günü ictimai nəqliyyatın hərəkətinə qadağa qoyulacaqmı?
BAKU.WS-in məlumatına görə, məsələ ilə bağlı sfera.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, bu barədə hələ ki məlumat yoxdur:
"İctimai nəqliyyatın hərəkətinə məhdudiyyətin tətbiq edilməsi səlahiyyəti Nazirlər Kabineti yanında Operativ Qərargaha məxsusdur.
Mayın 28-də belə bir qadağa tətbiq edilərsə, qərargah tərəfindən ictimaiyyətə məlumat veriləcək", - deyə qurum rəsmisi qeyd edib.
Oxşar xəbərlər
Nazirlikdən qeyri-iş günləri ilə bağlı müraciət - CƏDVƏL
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) “Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdiril...