Maştağada "ölüm tələsi": Sürücülər hər gün qəza riski ilə üzləşirlər
Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yolun bir hissəsinin dağılması sürücülər üçün çətinlik yaradır və təhlükəli vəziyyətə səbəb olur.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, təhlükəli vəziyyətlə bağlı görüntülər yayılıb.
Kadrlardan aydın görünür ki, yolun asfalt qatının dağılması nəticəsində motosiklet sürücüsü son anda qəzadan yayına bilib.
Sürücülər bildirirlər ki, sutkanın qaranlıq vaxtlarında təhlükə daha da artır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, problem araşdırılacaq və ictimaiyyətə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
ABŞ-nin Azərbaycandakı səfirliyi işçi axtarır
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bakıdakı səfirliyi Müştəri Xidmətləri Mərkəzinin (MXM) nümayəndəsi vəzifəsinə işçi axtarır. BAKU.WS xəbər verir ki, bu barəd...