Maska qadağası aradan qaldırılacaq? - Səhiyyə naziri aydınlıq gətirdi

Maska qadağası aradan qaldırılacaq? - Səhiyyə naziri aydınlıq gətirdi
Sosial 3569

Səhiyyə naziri Teymur Musayev maska qadağasının aradan qaldırılması ilə bağlı məsələyə aydınlıq gətirib.

BAKU.WS-in Trend-ə istinadla məlumatına görə, nazir bildirib ki, yoluxma sayları kəskin azalmaqdadır. O qeyd edib ki, gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur.

“Bütün bunlar nəzərə alınaraq məsələyə baxılır. Yəqin ki, müəyyən qərarlar veriləcək. Vətəndaşlarımızı səbirli olmağa çağırıram. 2 ildən artıqdır davam edən pandemik marafon insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram”, - deyə nazir bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər