Masazırın illərdir yararsız vəziyyətdə olan yolları: Problem niyə həllini tapmır?
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu, Masazır qəsəbəsi, "Zəngilan şəhərciyi"nin sakinləri yol problemindən şikayətçidirlər.
Sakinlərin sözlərinə görə, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, məsələ həllini tapmayıb.
"Buraya nə taksi, nə də təcili tibbi yardım maşını gəlir. Çətin vəziyyətdəyik. Hər il yolu düzəldəcəklərini desələr də, problem həll olunmur", - onlardan biri söyləyib.
Digər bir vətəndaş isə narazılığını belə ifadə edib: "Hərdən yola daş tökürlər, amma eyni vəziyyət yenidən təkrarlanır. Bu problemi kökündən həll etmək lazımdır. Ucqar kəndlərdə yol var, amma Masazırda yoxdur".
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, 4 il ərzində həmin ərazidə mütəmadi olaraq təmir işləri aparılıb: "Lakin yolun əsaslı təmirə ehtiyacı var. Bu isə növbəti ildə həyata keçiriləcək".
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...