Masazırda təhlükə yaradan bina tikilir?

Masazırda təhlükə yaradan bina tikilir?
Video
Sosial 16

Abşeron rayonu, Masazır kənd sakini Baku TV-nin qaynar xəttinə müraciət edərək yaşadığı ərazidə aparılan tikinti işləri zamanı ara məsafəsinin qorunmadığını iddia edir.

Vətəndaşın sözlərinə görə, tikinti prosesi ilə bağlı da onlara əvvəlcədən heç bir məlumat verilməyib.

"Qonşu evi satıb, çıxıb getdi. Sonra bildik ki, burada tikinti gedir. Məsələ ilə bağlı aidiyyəti quruma müraciət etmişik. Deyirlər ki, şikayətinizə baxılacaq", - deyə şikayətçi Əzizağa İbrahimov bildirib.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Masazır kəndi ərazisində aparılan tikinti işləri zamanı heç bir tikinti normaları pozulmayıb.

Qurumdan verilən məlumata görə, tikinti qanunvericiliyin tələblərinə uyğun şəkildə, ara məsafəsi gözlənilməklə həyata keçirilir.

Bundan əlavə, qeyd olunub ki, mülkiyyətçiyə məxsus torpaq sahəsi məlumatlandırma icraatı çərçivəsində Tikintilərin Dövlət Reyestrində qeydiyyata alınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər