Masazırda İŞIQ olmayacaq
Bu gün elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 10 kV-luq hava xətdində təmir işləri aparılacaq.
Bu barədə BAKU.WS-ə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Masazır qəsəbəsi Sabir Rüstəmxanlı, Alı Mustafayev, Əliağa Vahid küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
"Yaxşı pul versələr, axşamacan burada duraram" - Çıxışı gündəm oldu
Xalq artisti Rasim Balayev bu gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. BAKU.WS xəbər verir ki, aktyorun bir müddət əvvəl "Ötən günlər" verilişində...