Masallıda ad günü keçirənlər cərimələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Xüsusi karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, keçirilən növbəti tədbirlər zamanı Masallı şəhər sakini Söhrab Məmmədovun karantin rejiminin qaydalarını pozaraq şəhərdəki restoranlardan birində ad günü məclisi təşkil etdiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin məclisdə iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub. Obyekt sahibi, məclisin təşkilatçısı da daxil olmaqla ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qanunamüvafiq tədbirlər görülüb.
Oxşar xəbərlər
50 günlük fasilə başa çatır: Restoranlarda hansı hazırlıqlar görülür? - REPORTAJ - FOTO
Fevralın 1-i, saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektlərində yerində fəaliyyət bərpa edilir. Bununla bağlı Azərbaycanın Qida Təhlükəsizliyi...