Martda ardıcıl 11 gün İŞ OLMAYACAQ
Mart ayında ardıcıl 11 gün iş olmayacaq.
BAKU.WS xəbər verir ki, buna səbəb bu il Ramazan və Novruz bayramlarının eyni vaxta təsadüf etməsidir.
Belə ki, Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə və bazar günlərinə təsadüf etməsi ilə əlaqədar əlavə istirahət günləri də müəyyən edilir.
Bu zaman 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunacaq. Həmçinin 21 və 22 mart tarixləri müvafiq olaraq şənbə və bazar gününə təsadüf etdiyindən 25 və 26 mart tarixləri, Ramazan bayramının 20 və 21-i mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi isə 27 və 30 mart tarixlərini qeyri-iş günü edir.
28 və 29 mart tarixləri də müvafiq olaraq həftənin şənbə və bazar gününə təsadüf edəcək.
Nəticədə 25, 26, 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq.
Beləliklə, 20 martdan 30 martadək (hər iki gün daxil olmaqla) ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq.
Oxşar xəbərlər
Qadın hərbçilərlə bağlanan ilkin bağlaşma müddəti 3 ildən 6 ayadək azaldılır
Qadın hərbçilərlə bağlanan ilkin bağlaşma müddəti 3 ildən 6 ayadək azaldılır. BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqın...