Martda 18 gün iş olmayacaq - TARİXLƏR

Azərbaycanda martda 18 gün iş olmayacaq.
BAKU.WS-in məlumatına görə, 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı səbəbindən qeyri-iş günü sayılır.
Belə ki, 22, 23, mart tarixləri şənbə və bazar günü olduğundan əlavə olaraq 25, 26 mart tarixləri də tətil günü hesab edilir.
Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə qeyri-iş günlərinin yeri dəyişdirilib.
Bununla da 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da 27 və 28 mart tarixlərində də iş olmayacaq.
31 martda ölkəmizdə Ramazan bayramı qeyd olunduğundan həmin gün qeyri-iş günləri siyahısına daxil ediləcək.
Həmçinin, 1-2, 8-9, 15-16, 29-30 mart tarixləri də həftəsonuna təsadüf edir.
Ümumilikdə, martda 18 gün qeyri-iş günü hesab ediləcək.

Oxşar xəbərlər
İmtahanda 700 bal toplayan məzunlar
Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 13 iyul 2025-c...