Marketdə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR
Lənkəran rayonu, Şiləvar kəndində fəaliyyət göstərən vəzifəli şəxs Cavid Aydın oğlu Nəsirova məxsus ərzaq mağazasında plandankənar yoxlama keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı mağazada 45 fərqli adda son istifadə müddəti bitmiş, ümumi çəkisi 38.822 kq olan müxtəlif əmtəə nişanlı quru qida məhsulları və 46.14 litr müxtəlif əmtəə nişanlı alkoqolsuz içkilər aşkarlanıb. Sözügedən məhsullar satışdan kənarlaşdırılıb, eyni zamanda, istifadə müddəti bitmiş və normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Qalereya
Oxşar xəbərlər
"Burada təhsil almaq qürurvericidir" - Zabux kəndinin yenilənən təhsil müəssisələri
Zabux kənd tam orta məktəbi zəngin tarixə malikdir və 1937-ci ildən fəaliyyət göstərir. 1992-ci ildə məktəb öz fəaliyyətini Bakının Pirşağı qəsəbəsində davam et...