Maral Tahirqızından XƏBƏR VAR

Maral Tahirqızından XƏBƏR VAR
Sosial 5658

Əxlaqsız yuvalar təşkil etməkdə təqsirləndirilən Maral Tahirqızının verdiyi kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

BAKU.WS xəbər verir ki, Lent.az-ın məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas hakim İlham Cəfərovun sədrliyi ilə baxılacaq. Məhkəmə iyunun 7-nə təyin edilib.

Maral Tahirqızı barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində əvvəlcə Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra müğənni barəsində başlanan cinayət işi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə M.Tahirqızı 3 il müddətinə azadlıqdan məhrum edilib. Müğənni məhkəmə zalında həbs olunub.

BAKU.WS

Oxşar xəbərlər

Mehman Hüseynovun məhkəməsi olub

Mehman Hüseynovun məhkəməsi olub

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan bloger Mehman Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib....

2729 Hadisə 19:27 11 aprel 2017

Son xəbərlər