Maşın Şouda qalmaqal – Meyxanaçılardan biri oyundan getdi (VİDEO)

Maşın Şouda qalmaqal – Meyxanaçılardan biri oyundan getdi (VİDEO)
Video
Sosial 17895
ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şounun bugünkü buraxılışında qalmaqal yaşanıb. BAKU.WS xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar meyxanaçı Samirə Yusifqızını SMS səsverməsinə çıxarıblar. Samirə xanım səs toplayacağı təqdirdə həmkarı, meyxanaçı Vüqarı oyundan kənarlaşdıracağını bildirib. Şounun xanım iştirakçıları onun bu mövqeyini təqdir edib və tamaşaçılardan Samirənin qalmasına səs istəyiblər. Amma şounun sonuna az qalmış Murad Dadaşov Samirə Yusifqızının oğlunun studioya zəng etdiyini və anasının mövqeyini dəyişməsini, Vüqarı çıxarmamasını xahiş etdiyini bildirib. Qısa tərəddüddən sonra oğlunun xahişini nəzərə alacağını deyən Samirə Yusifqızına xanım iştirakçılar etiraz edib. Hətta Mehriban Xanlarova və Vüsalə Kərimova sərt şəkildə onu mövqesizlikdə qınayıblar. Bu etirazlardan sonra Samirə Yusifqızı əvvəlki fikrində qaldığını və Vüqarı şoudan kənarlaşdıracağını bildirib. Amma Samirə Yusifqızı yetərincə səs toplaya bilməyib. 12,36 faiz tamaşaçı qalsın, 87,64 faiz tamaşaçı isə ona getsin deyib. Beləliklə maşın Samirə üçün əldən getdi. Amma o getməzdən öncə bir məqamı da açılayıb ki, oyunda qalsaydı Vüqarı deyil, Arif Quliyevi kənarlaşdıracaqdı.BAKU.WS

Son xəbərlər