Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sosial 40

Qeyri-sabit hava səbəbindən magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

İyunun 7-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-700 m-dək məhdudlaşacağı ehtimal olunur.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyunun 8-i səhərədək, rayonlarda isə ayın 9-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, xüsusən də, Balakən-Şəki, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran, Quba-Qusar, Dağlıq-Şirvan zonalarında yağıntıların intensiv və güclü olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.

Oxşar xəbərlər

Hava ilə bağlı ciddi XƏBƏRDARLIQ - Bu tarixdən...

Hava ilə bağlı ciddi XƏBƏRDARLIQ - Bu tarixdən...

Bakıda və Abşeron yarımadasında iyunun 6-sı səhərdən 8-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. BAKU.WS xəbər ve...

4933 Sosial 17:09 05 iyun 2023

Son xəbərlər