Maaşlarda artımlar nə qədər olacaq? - Rəqəm AÇIQLANDI
"Müzakirələr bitdikdən sonra 2025-ci ilin büdcəsi ilə bağlı xüsusi fərmanlar olacaq. Həmin fərmanda artımların göstəriciləri məlum olacaq".
BAKU.WS xəbər verir ki, bu sözləri deputat Əli Məsimli "ARB24" kanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, minimum əmək haqqının illər üzrə dinamika əsasında 50-70 manat artacağı gözlənilir:
"Artıq biz orta müddətli prespektivlərdə ictimaiyyət üçün kifayət qədər aydın olan pozisiyaları cəmiyyətə açmaa başlamalıyıq. Əgər biz beynəlxalq səviyyədə konvensiyalara imza atmışıqsa, minimum əmək haqqı orta aylıq əmək haqqının 60 faizindən az olmamalıdır. Son 9 ayın göstəricisinə əsasən, orta aylıq əmək haqqı 993 manatdırsa, minimum əmək haqqı da 600 manata çatmalıdır".
Oxşar xəbərlər
"Baku TV": Füzulidə qısa müddətdə böyük uğurlar qazanan təhsil ocağı
Baku TV Füzulidə Mirzə Uluqbəy adına bir nömrəli tam orta məktəbdən reportaj hazırlayıb. BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, hazırda məktəbdə 644 şagir...