Lombardlar əhalinin borcunu dollara çevirib 60% artırdı

Lombardlar əhalinin borcunu dollara çevirib 60% artırdı
Sosial 1512

 

"Sentyabr ayında mənə təcili pul lazım olduğu üçün Lombarda girov kimi qızıl qoydum. Mənə bu girova görə, 195 manat verdilər. Aylıq təxminən 12 manat ödəyirdim. Ancaq dolların bahalaşmasından sonra Lombard məndən aylıq 12 manat yox, 19 manat tələb etdi".

Bunu BAKU.WS-in əməkdaşı ilə söhbətində paytaxt sakini Səkinə Rzayeva söyləyib. Xanım deyir ki, ona qızılı girovdan çıxarmaq üçün əlavə 122 manat tələb ediblər: "Mənə dedilər ki, əgər ümumiyyətlə qızılı götürmək istəyirsinizsə, o zaman 317 manat ödəməlisiniz. Halbuki, qızılı girov qoyanda mənə borcun dollarla hesablandığı barədə heç bir məlumat verilməyib. Bununla yanaşı, Lombardın mənə verdiyi sənəddə də borcun dollarla geri qaytarılması ilə bağlı hər hansı şərt yoxdur. Amma buna baxmayaraq indi qızılımı geri götürə bilmirəm". 

BAKU.WS oxucumuzun bu müraciətindən sonra Lombardlarda kiçik bir araşdırma keçirib. Məlum olub ki, bəzi işbazlar vaxtı ilə vətəndaşlara girov müqabilində manatla verdiyi pulu dollar bahalaşdıqdan sonra AZN/USD məzənnəsi ilə müəyyən etməyə başlayıb. Yəni, dollar nə qədər bahalaşırsa sizin manatla götürdüyünüz borc da bir o qədər bahalaşır.

Qızılın qiymətinin bahalaşmasından sonra vətəndaşlar kredit ödənişini və ya digər xərclərini ödəmək üçün əlindəki dəyərli daş-qaşı girov verir. Ancaq əksər Lombardlar qızılı girov götürməkdən və ödəniş etməkdən imtina edir. Səbəb kimi isə vəsait olmadığını deyirlər. Girov qəbul etmək imkanı olan Lombardlar isə yüksək faizlə borc pul verir. Manatla verilən borc müştəriyə dollar məzənnəsi ilə hesablanır. Bu isə vətəndaşın birbaşa hüquqlarının pozulması deməkdir. Heç bir borc sənədində dollarla ödəniş göstərilmir. Ancaq buna baxmayaraq Lombardlar əsassız şəkildə vətəndaşlardan böyük məbləğdə ödəniş tələb edirlər.  

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər