İlin sonuna kimi metronun əksər stansiyaları QR bilet sisteminə qoşulacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı metrosunun əksər stansiyalarının QR bilet sistemi ilə əhatə olunması prosesi bu ilin sonuna kimi yekunlaşa bilər.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Metro sözçüsü bütün turniketlərin adıçəkilən sistemə qoşulma prosesinin gələn ilin martına kimi başa çatmasına dair təşkilatçı müəssisə qarşısında texniki tapşırıq qoyulduğunu diqqətə çatdırıb:
“Metropolitendə mövcud olan 356 turniketin hər birinin QR bilet sisteminə qoşulması ilə bağlı nə texniki, nə də proqram təminatı baxımından hər hansı problem yoxdur. Məsələ burasındadır ki, onların bu sistemə inteqrasiya olunması ilə bağlı aparılan işlər ancaq gecə saatlarında, yəni metroda sərnişin olmayanda həyata keçirilə bilər. Bununla belə bu ilin sonuna kimi əksər stansiyaların QR bilet sisteminə quşulacağını gözləyirik”.
Oxşar xəbərlər
Bakı Metropoliteni: "Təmir zavodu tikildikdən sonra başqa ölkələrdən də qatar ala bilərik"
Noyabrın 6-da Bakı metrosunun 55 yaşı tamam olur. BAKU.WS xəbər verir ki, bu ərəfədə “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanov report-a müsahibə...