Lider TV-nin rəhbəri: "Bina yerindədir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Lider TV-nin binası yerindədir, ora gedib reportajınızı yerində hazırlaya bilərsiniz".
BAKU.WS kult.az-a istinadən xəbər verir ki, bu sözləri ötən gün axşam saatlarından etibarən məlum olmayan səbəblərdən yayımı dayandırılan Lider TV-nin rəhbəri Ədalət Əliyev kanalın fəaliyyətini dayandırıb-dayandırmaması ilə bağlı ona ünvanlanan sualı cavablandırarkən deyib.
Mövzu ilə bağlı danışmaqda maraqlı olmayan Ə.Əliyev fikrini bu sözlərlə tamamlayıb:
“Lider TV-də nə baş verdiyini öyrənmək üçün ofisimizə gedə bilərsiniz. Sizə başqa nə deyə bilərəm ki?”
Xatırladaq ki, ötən gün axşam saatlarından etibarən Lider TV-nin yayımı dayandırılıb. Lider TV-nin əməkdaşları saytımıza açıqlamasında deyiblər ki, kanal rəhbərliyi maliyyə çətinliyi səbəbindən yayımın dayandırıldığını bildirib və bu gündən işə gəlməmək barədə onlara xəbərdarlıq edib.
Milli Televiziya və Radio Şurasının səlahiyyətliləri isə mediaya açıqlamalarında yayımın texniki səbəbdən dayandırıldığını, kanalın bağlanmadığını, yaxın saatlarda yayımın bərpa ediləcəyini açıqlayıblar.
Oxşar xəbərlər
Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU
Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki,...