İlham Rəhimov şəhid Elşad Məmmədovun övladını himayəyə götürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada yaşayan azərbaycanlı biznesmen İlham Rəhimov Tovuz istiqamətində erməni təxribatının qarşısını alarkən şəhid olan Elşad Məmmədovun 7 aylıq övladı Məhəmmədi 18 yaşınadək himayəsinə götürüb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən bu barədə şəhidin 7 mərasimində bildirilib.
Əslən Tovuz rayonundan olan azərbaycanlı biznesmen bunun üçün Ağdam kəndinə özünün xüsusi nümayəndəsini göndərib, bu qərarı ailə başçısına elan edilib.
Həmçinin İlham Rəhimovun şəhidimizin ailəsinin bundan sonra qarşılaşacağı problemlərin həllinə də öz dəstəyini göstərəcəyi bildirilib.
Oxşar xəbərlər
26 ildən sonra kimliyi müəyyənləşən şəhidin nəşi Yevlaxa gətirilib – VİDEO - YENİLƏNİB
İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilən naməlum şəhidin nəşi məzardan çıxarılaraq Yevlax rayonuna gətirilib. BAKU.WS "report"a istinadən xəb...