Leyla Şıxlinskaya klinikasını satdı

03
yan
2019
14:02
Xalq artisti Leyla Şıxlinskaya rəhbəri olduğu klinikanı satıb. BAKU.WS-in “Qafqazinfo”a istinadən məlumatına görə, artıq klinikaya yeni direktor da təyin edilib. Qeyd edək ki, xəstəxana 1999-cu ilin avqust ayında açılmışdı. Mərkəzə açıldığı gündən etibarən Leyla Şıxlinskaya başçılıq edib. Şıxlinskayanın klinikasının adı ötən il məhkəmə çəkişmələri ilə yadda qalıb. Belə ki, L. Şıxlinskaya klinikanın baş mühasibi işləmiş Şəhla Abbasovanı 1 milyon vəsaiti mənimsəmək iddiası ilə işdən çıxarıb. Məhkəmə ekspertizası isə dəyən ziyanın 56 min manat olduğunu üzə çıxarıb. L. Şıxlinskaya ilə bu məbləğlə razılaşmayıb. Bundan əlavə, klinikada vergidən yayınma hallarının olduğuna dair də istintaq aparılıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın!
Qadınların rolu və iştirakı olmadan hər hansı cəmiyyətin inkişafı və tərəqqisi mümkün deyil. Nə qədər acı olsa da, şərq dəyərlərinin hakim olduğu cəmiyyətlərdə...
