Leyla Əliyeva kitab təqdimatında - FOTO
18
okt
2018
20:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Fəridə Səfiyevanın “Bir ömrün iziylə” kitabının təqdimatı olub.BAKU.WS xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.Kitab Azərbaycan sovet fəlsəfə tarixinin banisi, Azərbaycan SSR Elmlər Akademiyasının ilk vitse-prezidentlərindən biri akademik Heydər Hüseynovun həyat və yaradıcılığından bəhs edir.Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru, kitabın elmi redaktoru İzzət Rüstəmov, filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva və digər çıxışçılar nadir arxiv sənədləri, akademikin həmkarlarının, tələbələrinin, ailə üzvlərinin xatirələri əsasında yazılan kitabda bu günə qədər ictimaiyyətə məlum olmayan bir çox məqamlara aydınlıq gətirildiyini qeyd ediblər.Bildirilib ki, 1935-1950-ci illərdə Azərbaycan elminin başında duran alimin faciəli sonluğuna gətirən hadisələr və səbəblər nəşrdə ilk dəfə açıqlanır.Kitabda, həmçinin Heydər Hüseynovun biblioqrafiyası, şəxsi arxivində olan sənədlərin siyahısı, onların fotoşəkli, ailə fotoalbomu yer alıb.BAKU.WS



Oxşar xəbərlər
Təhsil işçilərinin maaşı artdı: 35, 50 və 75 qəpik
Azərbaycan Respublikası Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin...