Lerikdə 64 sm qar yağdı, ən güclü külək Salyanda qeydə alındı - FAKTİKİ HAVA

Lerikdə 64 sm qar yağdı, ən güclü külək Salyanda qeydə alındı - FAKTİKİ HAVA
Sosial 121

Hazırda ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, bu gün yağan qar nəticəsində Lerikdə qarın hündürlüyü 64 sm, Altıağacda 47 sm, Yardımlıda 42 sm, Xaltanda 41 sm qeydə alınıb:

“Ölkə ərazisində şimal-qərb küləyi əsib, bəzi bölgələrdə güclənib. Ən güclü külək Salyanda qeydə alınıb, maksimal sürəti 33 m/s-ə çatıb”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər