Lerikdə 14 kq narkotik aşkarlanıb
Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb.
BAKU.WS xəbər verir ki, ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitə və psixotrop tərkibli həblərin paytaxta gətirilərək realizə olunmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb. Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat zamanı 29 yaşlı Azər Vəlibəyov, 30 yaşlı Ziya Məhərrəmzadə və 36 yaşlı A. Cəbiyeva saxlanılıblar. Onlardan 14 kiloqram marixuana və 4490 ədəd metadon həbi aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Oxşar xəbərlər
Evdə işləyənlərdə ən çox bu ağrılar yaranır
Evdən işləyən insanlar uzun müddət hərəkətsiz vəziyyətdə kompüter qarşısında qaldıqları üçün daha çox bel və diz ağrılarından əziyyət çəkə bilərlər. BAKU.WS xəb...