Lənkəranın 13 yaşayış məntəqəsində qaz olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Lənkəran rayonunun 13 yaşayış məntəqəsində qaz təchizatında fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, avqustun 26-da Lənkəran rayonu ərazisində yerləşən daşıyıcı yeraltı orta təzyiqli qaz xəttinin kipliyi sınaqdan keçiriləcək.
Bu məqsədlə Rvo, Narbağı, Qurunba, Şağlaküçə, Bəlləbur, Kərgəlan, Lüvəsər, Darquba, Səbir, Talışlı, Ləj, Haftoni və Xanlıqlı kəndləri daxil olmaqla, ümumilikdə 13 yaşayış məntəqəsində yaşayan təxminən 5 000 abonentin qaz təchizatının saat 10:00-dan işlər sona çatanadək müvəqqəti dayandırılması planlaşdırılır.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...