Lənkəranda istirahət mərkəzində qanunsuz tikinti sökülüb

Lənkəranda qanunsuz tikinti sökülüb.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Bildirilb ki, Lerik Rayon İcra Hakimiyyəti tərəfindən Lənkəran-Lerik avtomobil yolunun rayon ərazisindən keçən hissəsində yol kənarında fəaliyyət göstərən "Su səsi" adlı ailəvi istirahət mərkəzində vətəndaş Hüseynov Tural Səyyar oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Lerik Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
Qalereya
Oxşar xəbərlər
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür. BAKU.WS-in məlumatına görə, ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmu...