Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində smart texnologiyalar tətbiq olunur

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində smart texnologiyalar tətbiq olunur
Foto
Sosial 12

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində smart texnologiyalar tətbiq olunur.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında təhsil müəssisəsinin direktoru Afər Kərimov deyib.

O, sözügedən mərkəzin Lənkəran-Astara iqtisadi regionu üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:

"Mərkəzdəki yeni infrastruktur peşə təhsilində bundan sonra daha müasir ixtisasların tətbiqinə imkan yaradacağı xüsusi qeyd olunmalıdır. Hazırda mərkəzdə alternativ enerji, informasiya texnologiyaları, sənaye, həmçinin kənd təsərrüfatı və digər sahələrlə bağlı müasir ixtisaslar üzrə kadrlar hazırlanır. Mərkəzdə smart texnologiyaların tətbiqinə, tələbələrimizin, eləcə də yerli fermerlərin öz sahələri üzrə təkmilləşmələrinə ciddi diqqət yetirilir".

Direktor rəhbəri olduğu mərkəzin tələbələrinin biznesdə geniş iştirakına çalışdıqlarını qeyd edib:

"Yəni onlar məhsulun istehsalından tutmuş bazara çıxarılmasına qədər prosesdə iştirak etsinlər, təcrübə qazansızlar. Bu onlara gələcək fəaliyyətlərində əhəmiyyətli üstünlük qazandıracaq. Ümid edirəm ki, bu yanaşma tələbələrimizin həm mütəxəssis kimi yetişmələrində, həm də gələcəkdə mümkün sahibkar kimi fəaliyyət göstərmələrində böyük rol oynayacaq. Yeri gəlmişkən, bu gün tədris prosesinə özəl sektordan mütəxəssislər cəlb edirik. Onlar tələbələrin biliklərinin qiymətləndirilməsində iştirakçı olurlar. Mərkəzin nəzdində smart tipli istixana inşa olunub. Tələbələrimiz hal-hazırda burada çalışırlar. Əlamətdar haldır ki, istixananın inşası dövlət-özəl sektor əməkdaşlığı sayəsində mümkün olub".

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 25-sə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.

Son xəbərlər