Larisanın anası: “Soruşdum, qızım haradadır, dedi, itirdim” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
1990-cı il yanvar ayının 19-da 20-ə keçən gecə sovet ordusu Bakıya yeridilir. Rusiya ordusu minlərlə azərbaycanlıyla yanaşı elə rusların özlərini də qırdılar. Azğınlaşmış ordu qoca, uşaq, qadın demədən insanlara atəş açır, onların üstünə tankları yeridirdi.
Rus ordusunun atəşinə tuş gələnlərin arasında 13 yaşlı Larisa da var idi.
Baku TV-nin əməkdaşları Larisanın anası ilə söhbət edib.
Larisanın anası Qalina Məmmədova o gecəni belə xatırlayır.
“Mənə dedilər ki sən Qalina Məmmədovasan? Dedim hə. Dedilər yoldaşın yaralanıb xəstəxanadadır, mən qızımı soruşdum, amma bilmədiklərini dedilər. Xəstəxanaya getdim, ikinci mərtəbəyə çıxdım ki yoldaşım uzanıb, soruşdum ki Larisa hardadır? Mənə baxdı, ağladı, dedi ki itirdim” – deyə, o bildirib.
Daha ətraflı Baku T-nin süjetində:
Oxşar xəbərlər
Rus dilini bilməyən valideynlər övladlarını niyə rus bölməsinə yazdırırlar? (ARAŞDIRMA)
Azərbaycan uşaqlarıının rus dilində təhsil almasını istəyən valideynlərin sayı durmadan artır. Valideynlərin bu istəyinin nəticəsində Bakı və Abşeron məktəbləri...