KİV-də işıqlandırıldı, problem həllini tapdı - FOTO/VİDEO

KİV-də işıqlandırıldı, problem həllini tapdı - FOTO/VİDEO
Sosial 832

Bakıda yol təmiri zamanı park edilmiş avtomobilin yerinin asfaltsız qalması ilə bağlı yaranan problem aradan qaldırılıb.

BAKU.WS xəbər verir ki, məlum olayın fotosunun sosial şəbəkədə yayılması mətbuatın bu məsələni işıqlandırması ilə nəticələnmişdi.

Səbail rayonu ərazisində, Bayıl qəsəbəsindən 20-ci sahəyə gedən yoldan çəkilən son foto artıq həmin ərazinin də asfaltandığını ortaya qoyub.

Qeyd edək ki, yolda qalan avtomobil Rusiya dövlət nömrə nişanını daşıyıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirmişdi ki, məsələ bu gün həllini tapacaq:

“Əraziyə asfalt vurulan zaman həmin maşın ərazidə olub və sahibi tapılmadığı üçün belə bir vəziyyət yaranıb. Çünki bizim sahibi tapılmayan avtomobilin yerini dəyişməyə ixtiyarımız yoxdur. Bu gün artıq məsələ həllini tapacaq”.

KİV-də işıqlandırıldı, problem həllini tapdı - FOTO/VİDEO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər