Küçədə yaşayan ana və oğlu ilə bağlı qurumlar nəyi açıqladılar?
Sosial şəbəkələrdə Tovuz rayonunda 42 yaşlı qadının azyaşlı övladı ilə birlikdə parklarda gecələdiyini əks etdirən foto yayılıb. Rayon sakinlərinin sözlərinə görə, Aybəniz Qasımovanın psixoloji problemləri var.
O, hətta 2021-ci ildə Qazax Rayon Psixiatriya Xəstəxanasında müalicə də alıb. Sakinlər qeyd edirlər ki, ana və uşaq bəzən park ərazilərində, bəzən isə şəhərin müxtəlif yerlərində gecələyirlər. Qadın ailəsi ilə münasibətlərinin pozulduğunu və evə buraxılmadığını deyib.
"Bəzən yollarda, bəzən də şəhərin ortasında yatır. Deyir ki, evimə qoymurlar, ailəm sahib çıxmır", - deyə sakinlərdən biri bildirib.
Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətində (RİH) xüsusi komissiya yaradılıb. Ana və azyaşlı övladı tapılaraq müvafiq qurumlara təhvil veriliblər.
Məlumata görə, Aybəniz Arif qızı Qasımova və oğlu Ömər Cavid oğlu Qasımov RİH-in nümayəndələri və polis əməkdaşları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Müayinə zamanı onların uzun müddət parklarda gecələdiklərinin orqanizmə təsirləri müəyyən edilib. Müayinələrin nəticələrinə əsasən, ana Qazax Rayon Psixiatriya Xəstəxanasına, uşaq isə Pediatriya şöbəsinə yerləşdirilib. Uşağa kəskin bronxit diaqnozu qoyulub, müalicəsi davam etdirilir. Sosial Xidmətlər Agentliyindən bildirilib ki, uşağın gələcəkdə daimi qayğı ilə əhatə olunması üçün qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Oxşar xəbərlər
Kənd sakinləri ACINACAQLI VƏZİYYƏTDƏ: "Xəstələrimiz yolda qalır, bəzən isə maşın gedə bilmədiyi üçün ölürlər"
Lənkəran rayonunun ucqar dağ kəndlərindən olan Diryan, Gəgiran, Köhnə Gəgir kəndlərinə gedən yollarda vəziyyət heç də ürəkaçan deyil. Bu ərazilərə yağış, qar ya...