KTM: Bu ay ərzində 91 nəfər zəhərlənib, 5-i ölüb
Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 91 nəfər qəbul edilib.
BAKU.WS xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 36 nəfər dərmandan, 22 nəfər sirkə turşusundan, 9-u spirtli içkidən, 3-ü botulizmdən zəhərlənən şəxslərdir.
Həmçinin onlardan 11 nəfər dəm qazından, 4 nəfər fosfor üzvi birləşmələrdən, 4 nəfər allergik reaksiyadan, 2 nəfər yandırıcı məhluldan zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5 nəfər (4 kişi, 1 qadın) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb
Oxşar xəbərlər
Xəzər dənizində suyun səviyyəsi ilə bağlı MÜƏMMALI RƏQƏMLƏR
Xəzər dənizinin səviyyəsində baş verən dəyişikliklər və bunun su, enerji və nəqliyyat infrastrukturlarına mümkün təsirləri ilə bağlı açıq məlumatlarda ciddi boş...