"Kreditləri hökumət və banklar öz öhdəsinə götürsün" – DEPUTATDAN TƏKLİF
"Cənab prezidentin Maliyyə Bazarlarına Nəzarət Palatasına etimadı tamdır. Bizim də bu orqana etimadımız tamdır. Şəxsən mən bu orqana çox böyük ümidlər bəsləyirəm”.
BAKU.WS modern.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
Tahir Kərimli bildirib ki, manatın devalivasiyasında xalqın, kredit götürənlərin heç bir günahı yoxdur.
"Amma nədənsə manatın qiymətdən düşməyinin əziyyətini ancaq xalq çəkir. Ona görə mən təklif edirəm ki, bunun üçdə birini hökumət, banklar və vətəndaşlar öz öhdəsinə götürsün. Mənə elə gəlir ki, bu dövlətimizin etimadını daha da yüksəldə bilər”.
BAKU.WS
Oxşar xəbərlər
Millət vəkili: 1750 manat maaş alanda utanıram
"Bəzi deputatların maaşların artırılması ilə bağlı fikirlər səsləndirmələri, hətta bununla bağlı parlament komitələrində çıxış etmələri doğrusu məni çox narahat...