Kredit almaq istəyənlərin nəzərinə: yeni qanun qəbul edildi

Kredit almaq istəyənlərin nəzərinə: yeni qanun qəbul edildi
Sosial 2139
 

"Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikası qanununun layihəsi bu gün Milli Məclisdə qəbul olunub.

Bu qanun layihəsi kredit alınması zamanı girov qismində avadanlıq və digər daşınar əmlakın istifadəsinin sadələşdirilməsinə imkan verəcək.

Qanun layihəsində yüklülük predmetinin satışı, satışdan əldə olunan gəlirlərin paylaşdırılması, daşınar əmlakın qeydiyyat qaydaları və digər məsələlər əksini tapıb.

Daşınar əmlak reyestri kredit təşkilatlarına girov qismində təqdim olunan obyektin digər borcla bağlı girov obyekti olub-olmadığını müəyyənləşdirməyə imkan verəcək.

Qanun çərçivəsində xüsusi portal yaradılacaq və bu portal vasitəsilə hər kəs öz daşınar əmlakını qeydiyyata alaraq gələcəkdə girov qismində istifadə edə biləcək.

 

BAKU.WS

Son xəbərlər