Kosmosa uçuşun bilet qiymətləri açıqlandı

Kosmosa uçuşun bilet qiymətləri açıqlandı
Sosial 95

Çinin "Deep Blue Aerospace" adlı şirkəti 2027-ci ildə həyata keçirməyi planlaşdırdığı orbitə yaxın uçuş üçün 210 min dollar dəyərində iki bilet satıb.

BAKU.WS xəbər verir ki, əvvəlcə sərnişinlərə 5 dəqiqəlik çəkisizlik təcrübəsi (insanın və ya əşyaların cazibə qüvvəsindən azad olduğu və çəkisiz bir mühit) yaşadılacaq.

Mərkəzi Çinin Jiangsu əyalətində yerləşən "Deep Blue Aerospace" şirkəti ölkədə kosmos turizmi üçün satış həyata keçirən ilk şirkət oldu.

2027-ci ildə raket vasitəsilə orbitə yaxın bir uçuş təşkil etməyi hədəfləyən şirkət 12 dəqiqə davam edəcək bu uçuşun ən azı 5 dəqiqəsində sərnişinləri atmosferdən kənara, xarici kosmosa daşıyaraq çəkisizlik hissini yaşatmağa vəd edir. Orbitə yaxın uçuşun xüsusi bir kosmos təyyarəsi ilə deyil, raket vasitəsilə həyata keçiriləcək olması növbəti iki ildə çoxsaylı pilotsuz uçuş sınaqları keçirməyə məcbur edəcək.

Təkrar istifadə edilə bilən raket texnologiyasının yardımı ilə gələcəkdə bu tip kosmos səyahətlərinin daha münasib qiymətə başa gələcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, şirkət gələn ay daha çox bilet satışı həyata keçirməyi planlaşdırır.

Son xəbərlər