Körpənin həyatını xilas edən yol polisləri danışdı: Valideynlər özlərini itirmişdilər... - VİDEO

Azyaşlının vəziyyəti qəfildən pisləşir. Valideynləri təşvişə düşür.
Yaxınlıqda xidmət aparan yol polisi əməkdaşları dərhal köməyə çatır. Hadisə Abşeron rayonu ərazisində yaşanıb.
Bakı-Quba yolu ilə hərəkət edən avtomobillərin birində olan uşaq qəfildən qıcolma keçirib. Bu zaman valideynlər Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşları olan Şükür İsgəndərov və Kənan Nəzərliyə müraciət ediblər. Polis əməkdaşları dərhal hərəkətə keçib.
Polisə əməkdaşları Şükür İsgəndərov və Kənan Nəzərli bildirib ki, xidməti maşında onları apararkən valideynləri özlərini itirimişdilər. Onlarla söhbətləşərək ana və atanı sakitləşdiriblər.
Xəstəxanaya aparılan azyaşlıya dərhal həkim müdaxilə edib. Hazırda körpənin həyatı üçün heç bir təhlükə yoxdur.
Oxşar xəbərlər
TƏBİB-də çalışmaq istəyənlərin NƏZƏRİNƏ - İş yerləri - SİYAHI
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə həkim-mütəxəssislərin (o cümlədən, xaricdə təhsil almış...
