Koronavirusa görə sahibkarlara güzəşt edilə bilər

Koronavirusa görə sahibkarlara güzəşt edilə bilər
Sosial 211

“Hökumət koronavirusla bağlı sahibkarlara güzəşt edilməsi barədə müzakirələr aparır. Koronavirusla bağlı görülən tədbirlər strukturlar arasında uyğunsuzluq yaradır. Fors-major hallara epidemiyanın yayılması daxil deyil”.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, belə halda müqavilə öhdəliklərinə yeni anlayışların daxil edilməsi bizə lazım olacaq:

“Çünki bu gün dünyada epidemiyaların yayılması prosesi çox sürətlə gedir. Digər ölkələrdə hökumət sahibkarlara hansısa güzəşt edir. Bununla bağlı Azərbaycan da daxildə müəyyən müzakirələr aparılır”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər