Koronavirusu yüngül keçirilənlər başqalarını yoluxdura bilərmi?
Yeniliklərdən dərhal xəbərdar olun
“Sağalmış şəxslərin izolyasiya müddəti ilə bağlı müxtəlif fikirlər var idi. Hətta bəziləri bu müddəti 35 gün deyirdilər. Amma ABŞ-da aparılan tədqiqatlar göstərdi ki, bu qədər vaxt lazım deyil”.
BAKU.WS-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.
O bildirib ki, xəstəliyi yüngül formada keçirən şəxslərin 10 gündən sonra virusu başqa şəxslərə yoluxdurma ehtimalı yoxdur: “Ağır keçirən şəxslərdə isə bu, 20 gündür. Xəstələr tamamilə müalicə olunduqdan sonra evə göndərilir”.
Oxşar xəbərlər
Koronavirusla mübarizə aparan könüllü həkimlər: “Aylardı evə getmirik”
Ölkə olaraq yaşadığımız çətin pandemiya dövrünün əsas qəhrəmanlarından biri heç şübhəsiz ki, həkimlər, tibb işçiləridir. Məhz onların sayəsində koronavirus adlı...