Koronavirusu gözlərdən belə müəyyən etmək olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya alimləri tədqiqatlar apararaq koronavirus zamanı insan gözündə yaranan əlamətləri aşkarlayıblar.
BAKU.WS “Sputnik Azərbaycan”a istinadla xəbər verir ki, bu əlamətlərdən biri Günəş və ya süni işığa məruz qaldıqda, xüsusən də kompüter ekranlarına və mobil cihazların ekranlarına baxan zaman narahatlığın yaranmasıdır.
Alimlərin fikirncə, qaşınma və işığa dözümsüzlük bir çox xəstəliyin əlaməti olsa da, əksər hallarda bu, yeni növ koronavirusun əlaməti kimi ortaya çıxır.
Tədqiqat zamanı mütəxəssislər müəyyən ediblər ki, hətta korlar belə koronavirusa yoluxduqları zaman gözlərində narahatlıq hiss edirlər.
Bir müddət əvvəl isə Uhan oftalmoloqları koronavirusun təkcə ağciyər və selikli qişa hüceyrələrini deyil, eyni zamanda göz toxumalarını da yoluxdura biləcəyini açıqlamışdı.
Mütəxəssislər koronavirus infeksiyasına yoluxan qadının gözlərinin hüceyrələrində SARS-CoV-2 hissəciklərinin protein qabığının qırıqlarını tapıblar. Bundan sonra qadında ciddi görmə problemləri meydana gəlib.
Oxşar xəbərlər
Baş pulmonoloq koronavirus haqda dəhşətli sirləri açdı - Belə bir şey görməmişdik
Rusiyada artıq 68 mindən çox insan koronavirusa yoluxub və epidemiyanın azalmağa doğru getməsi hələlik müşahidə olunmur. BAKU.WS xəbər verir ki, Rusiya Səhiyyə...