Koronavirusla bağlı cərimələr qəbul edildi - 5 min AZN cərimə, 1 ayadək həbs
Milli Məclisinin plenar iclasında "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi" haqqında qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.
BAKU.WS xəbər verir ki, dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə
fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir,
yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur,
hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa görə cərimələr tətbiq olunacaq - 5 min AZN
Azərbaycanda koronavirusa görə cərimə tətbiq ediləcək. BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və kara...