Koronavirusa yoluxanların özünümüalicəsi nə ilə nəticələnə bilər? - Həkimdən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Terapevt-kardioloq Nabatxanım Xəlilova koronavirusa yoluxan şəxslərin ev şəraitində özünümüalicə ilə məşğul olmaları barədə danışıb.
BAKU.WS xəbər verir ki, “media.az”la söhbətləşən həkim yoluxanların əksəriyyətinin özünümüalicə ilə məşğul olduqlarına təəssüfləndiyini deyib:
“Təəssüf ki, əksəriyyət xəstəliyin ilk günündən sosial şəbəkələrdən, xəstəliyi keçirən şəxslərdən, tanışlarından əldə etdikləri “müalicə sxemi”nə əsaslanan özünümüalicəyə başlayır. Onlar hər şeyi birdən qəbul edirlər: antibiotikləri, vitaminləri, hormonal preparatları, venadaxili sistemləri... Bu, böyük problemdir”.
N.Xəlilova həmçinin bildirib ki, həkim nəzarəti olmadan artıq dozada dərman qəbulu xəstəliyin gedişatını ağırlaşdıra bilər:
“Əsasən məhz bu xəstələr stasionara düşürlər. Məsələ bundadır ki, hər xəstənin müalicə sxemi onun analizlərinin nəticələrindən, xroniki xəstəliklərindən asılı olaraq individual seçilir”.
Kardioloq həm çox erkən, həm də gec başlanan müalicənin zərər verə biləcəyini vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycanda vaksinasiya ilə bağlı bütün suallara aydınlıq gərtirildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib. BAKU.WS həmin məsələləri təqdim edir: 1.Vaksin nədir? Vaksin...