Koronavirusa yoluxanların 70 faizdən çoxuna lazımsız yerə antimikrob preparatları verilir
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyada COVİD-19-a yoluxma səbəbinə görə xəstəxanaya yerləşdirilən xəstələrin 70 faizindən çoxuna lazımsız yerə antimikrob preparatları verilir.
BAKU.WS xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Trend-ə deyib.
Onun sözlərinə görə, COVİD-19-un xüsusi müalicəsi yoxdur:
“Müalicə üçün verilən preparatlar dolayısı ilə başqa xəstəliklərə yönəlib. COVİD-ə yoluxma zamanı pnevmonik hal təxminən 7-8 faiz genişlənir. Ona görə də buna uyğun antimikrob preparatların verilməsi lazımdır”.
H.Harmancı qeyd edib ki, dərmanların lazımsız yerə verilməsi orqanimzdə onlara qarşı davamlılığın yaranmasına səbəb olur.
ÜST rəsmisi dərman qəbulu ilə bağlı iki kateqoriyadan olan insanlara tövsiyəsinin olduğunu da söyləyib:
“Birincisi, həkimlərə müraciət edərək onlara tövsiyə edirəm ki, lütfən xəstələrə lazım olmayan dərmanları yazmayın.
Virusa yoluxanlara müraciət edərək deyirəm ki, mümkün olduğu qədər həkim nəzarəti olmadan dərman qəbul etməyin, apteklərdən həkim göstərişi olmadan antimikrob dərmanları alaraq içməyin!”
Oxşar xəbərlər
Qadağa yoxdur: özəl klinikalar koronavirus xəstələrini müalicə edəcəkmi?
Azərbaycanda koronavirusa yoluxan xəstələrin sayı durmadan artır. İndi ölkədə 19 mindən çox insan bu virusa yoluxub, onlardan 241 nəfər dünyasını dəyişib. Hazır...