Koronavirusa yoluxan Zəlimxan İbrahimov öldü - FOTO
Fransada yaşayan azərbaycanlı idmançı Zəlimxan İbrahimov koronavirusa yoluxaraq ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə Ukraynadakı Qafqaz Xalqları Konqresinin rəhbəri Paşa Məmmədov məlumat yayıb. O, koronavirusa yoluxan yaxın dostunun komaya düşərək vəfat etdiyini yazıb:
"Bu gün Parisdə hospitalda dostum, yaxınım Zəlimxan qardaşım koronavirusdan komaya düşərək vəfat etdi. Söz tapa bilmirəm, Allahın qədər-qismətinə üsyan edə bilmərəm, lakin bu cür itki ilə barışmaq çox çətindi! Zəlimxan cəsarətli və mərd qardaş idi, xarici xüsusi təyinatlıların təlimlərində ugurlar qazanmış idmançı idi, lakin virus onu bizdən aldı. Yerin Cənnətlik olsun, canım qardaşım!
Allah rəhmət etsin! Özünüzü və yaxınlarınızı qoruyun!"
Oxşar xəbərlər
Koronavirusa yoluxmuş Paris Azərbaycan Evinin prezidenti açıqlama yaydı
Koronavirusa yoluxmuş Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva açılama yayıb. BAKU.WS-in məlumatın agörə, açıqlamasında səhhəti ilə maraqlananlara...