Koronavirusa yoluxan şəxs neçə müddətdən sonra peyvənd vurdurmalıdır? - Açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Tibb işçilərinin COVID-19-a yoluxub xəstələndikdən 3 ay sonra, adi vətəndaşların isə 6 aydan sonra virusa qarşı peyvənd vurdurması məsləhətdir.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə həkim Emil Qasımov deyib.
Onun sözlərinə görə, COVID-19-a qarşı vurulan peyvəndin qoruyuculuğunun nə qədər davam edəcəyi hələ bilinmir.
Daha əvvəlki təcrübələrə - yuxarı tənəffüs yolları üçün istifadə olunan peyvəndləmələrə əsasən, COVID-19-a qarşı peyvəndin qoruyuculuğunun 6 ay-1 il davam edəcəyi ehtimal olunur:
“Vaxt irəlilədikcə peyvəndin vurulması təkrarlana bilər. İndiki vəziyyətimizə görə, bir ildən sonra peyvəndin vurulması təkrarlanmalıdır. Ancaq bunu zaman göstərəcək”.
Oxşar xəbərlər
Virusa ötən il yoluxan insanlara peyvəndin birinci dəfə vurulan dozası kifayətdir? - AÇIQLAMA
"Aparılan tədqiqalar nəticəsində öncədən virusa yoluxmuş insanlara peyvəndin ikinci dozasının vurulmasından sonra onlarda yaranan anticisim miqdarında ciddi dəy...