Koronavirusa görə kafe, restoran və çayxanaların iş rejimi daha da qısaldıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər davam etdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, növbəti addım kimi Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09:00-dan 15:00-dək müəyyən edilir.
İctimai iaşə müəssisələri saat 21:00-dək onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilərlər.
Məqsəd vətəndaşlarının təmas imkanlarını minimuma endirmək, eyni zamanda zəruri qidalanma imkankarını da saxlamaqdır.
Qaydanı pozan müəssisələr sərt şəkildə cəzalandırılacaqlar.
Oxşar xəbərlər
Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır
Çinin Azərbaycandakı səfiri Guo Min yeni növ koronavirus pnevmaniyası ilə bağlı Azərbaycanın əsas media nümayəndələrinə birgə yazılı müsahibə verib. BAKU.WS müs...