Koronavirus xəstəsi çayxanada aşkarlandı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Qaxda koronavirus xəstəsi çayxanada aşkarlanıb.
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayonun Qıpçaq kənd sakini Tural Abdıyevə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.
Polis əməkdaşları tərəfindən həmin şəxs kənd ərazisindəki çayxanada aşkarlanıb. İnfeksiyanın yayılmasına şərait yaradan T.Abdıyev tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.
Onun barəsində Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Yaşadığı ünvanı tərk edən koronavirus xəstələri barəsində cinayət işi başlanılıb - FOTO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar edilib. DİN-in Mətbuat Xidmə...