Koronavirus insanları bu səbəbdən öldürür - AÇIQLAMA

Koronavirus insanları bu səbəbdən öldürür - AÇIQLAMA
Sosial 3864

Bütün dünyanı əhatə edən koronavirusun yeni növü insanlarda bəzi xəstəliklər yaradır və ölüm riskini daha da artırır.

BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, İngiltərədə aparılan araşdırmalar zamanı yeni virusun insanlarda ürək və damar xəstəliklərinə yol açdığı bəlli olub.

Professor Yusuf Kalkonun apardığı araşdırmalar zamanı koronavirusun yeni növünün insanlarda insult, infarkt və qanqrena hallarının artmasına səbəb olduğu aşkar edilib. Məhz bu səbəbdən də insanlar ölürlər.

Həkim-cərrahın açıqlamalarına görə, hər 100 xəstənin üçündə insult qeydə alınıb. Koronavirusun mutasiyaya uğrayan yeni növü digərlərindən fərqli olaraq damarlarda daha tez tromblaşma yaradır. Bu səbəbdən də belə xəstələrin müalicəsi üçün qan durulducu dərmanlardan istifadə edilir. Mədə xəstəliyi olmayan şəxslər isə mütləq aspirindən istifadə etməlidirlər.

Həkim həmçinin bildirib ki, 65 yaşdan böyük insanlar gündəlik həyat tərzlərinə fikir verməlidirlər. Hər gün azı 1 saat açıq havada gəzməli və çalışıb oturaq həyatdan qaçmalıdırlar. Həkim həmçinin koronavirusdan sağalan insanların da oturaq həyat tərzindən imtina etməli və daim hərəkətdə olmalarını tövsiyə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər