Türkiyəli professor YENİ NÖV VİRUSun təhlükəsindən danışdı - VİDEO

Türkiyəli professor YENİ NÖV VİRUSun təhlükəsindən danışdı - VİDEO
Video
Sosial 212

Dünya ölkələri COVID-19 virusu ilə mübarizə apardığı bir vaxtda “B.1.1.7 SARS-CoV-2” virusu ortaya çıxıb. Belə ki, İngiltərədə koronavirusun mutasiyaya uğramış forması həm Avropa, həm də digər ölkələrdə ciddi narahatlıq yaradıb.

BAKU.WS xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) də Avropa ölkələrini yeni mutasiyaya uğramış virusun yayılmasının qarşısını almaq üçün tədbirləri sərtləşdirməyə çağırıb.

Türkiyənin Elmi İdarə Heyətinin üzvü professor Serap Şimşek Yavuz "Haber Global"a bildirib ki, yeni növ virusdan qorunmaq üçün insanların sıx olduğu yerlərə getməmək lazımdır:

"İngiltərədə rast gəlinən virusun yeni növü ilə bağlı əlimizdəki məlumatlar dəqiq deyil. Sadəcə bəzi nəticələr var. Bu istiqamətdə araşdırmalar davam edir. Əlimizdə olanlara əsasən deyə bilərik ki, İngiltərənin bəzi bölgələrində virusun bu növünün artmasını mşahidə edirik. Epidemilioji analizlər göstərir ki, bu virusa yoluxan şəxslərin onu digərlərinə ötürmə faizi çoxdur. Yeni növ virus digərləri ilə müqayisədə daha sürətlə yayılır.

İnsanlar təşvişə düşmək əvəzinə bəzi tədbirlər görməlidir. İnsanların sıx olduğu yerlərə getməmək və sosial məsafə qaydalarına riayət etmək lazımdır. Virusun uşaqlara daha tez yoluxması ilə bağlı məlumatlar dəqiq deyil. Normal halda uşaqlar daha az xəstələnirlər. Yoluxmaq riski daha çox yaşlı insanlar üçün mövcuddur".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər