Komfort və təhlükəsizlik bir arada!

Komfort və təhlükəsizlik bir arada!
Foto Video
Sosial 173

Öz sinfində yüksək təhlükəsizliyi ilə seçilən VOYAH Dream avtomobili yenilənmiş modelini təqdim edir.

Yenilənmiş avtomobildə diqqəti ilk cəlb edən onun təkmilləşdirilmiş təhlükəsizlik sistemidir ki, bu öncəliyi sözügedən modeli əsl ailə avtomobili edir. Belə ki, qəza riski yarandıqda ön, arxa hətta yan tərəflərdə xüsusi radarlar potensial zərbəyə reaksiya verərək riski minimuma endirir. Üstəlik sürüş zamanı gözlənilmədən bir maneə yarandıqda avtomobilin pnevmatik asqı sistemi işə düşərək maneəni təhlükəsiz şəkildə geridə qoyur.

Eləcədə, yolda maksimum görünüş radiusunu təmin etmək məqsədi ilə sözügedən avtomobil hər iki tərəfdən əlavə müşahidə kameraları ilə təchiz edilib. Yenilənmiş modeldə komfort və təkmilləşdirlimiş interyer aksesuarları da yaddan çıxmayıb. Çox funksional oturacaqlar, interyerə əlavə olunan daha böyük düyümlü monitor və avtomobildə quraşdırılan "Huawei Software" sistemi sərnişinlərin yoldan zövq alması üçün düşünülüb.

Qeyd edək ki, sözügedən avtomobillərin Azərbaycanda rəsmi satışı "SCM Motors" şirkətinin Çin avtomobil industriyasının nəhəng qurucularından biri "Dongfeng Motor" korporasiyası ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Bütün standartlara cavab verən servis mərkəzinə sahib olan distributor avtomobillərə 8 il və ya 160 000 km-dək zəmanət verir.

Daha ətraflı məlumatı şirkətin rəsmi internet (www.voyah.com.az) və ya sosial media səhifələrindən (@voyah.azerbaijan), eləcə də +994 55 535 77 77 əlaqə nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər