Kombilərdə tezt-tez yaranan PROBLEMLƏR - Bu yolla düzəltmək olar

Kombilərdə tezt-tez yaranan PROBLEMLƏR - Bu yolla düzəltmək olar
Sosial 95

Payız-qış mövsümündə mənzillərdə istilik tələbatı artır və bu dövrdə ən çox istifadə olunan qurğulardan biri də kombi sistemləridir.

BAKU.WS-in məlumatına görə, havanın kəskin soyuması kombilərin demək olar ki, günün 24 saatına yaxın işləməsinə səbəb olur.

Bu isə həm qaz sərfiyyatını artırır, həm də cihazlarda müəyyən nasazlıqların yaranma ehtimalını yüksəldir. Mütəxəssislər bildirir ki, kombi qazanlarının mütəmadi işləməsi zamanı profilaktik qulluq önəmlidir, əks halda, həm texniki problemlər yaranır, həm də enerji sərfiyyatı artır.

Kombilərdə ən çox rast gəlinən nasazlıqlar

Kombi ustaları noyabr–fevral aylarında ən çox aşağıdakı problemlərlə bağlı çağırışlar alırlar:

1. Su təzyiqinin düşməsi

Kombinin su səviyyəsi aşağı düşdükdə cihaz işləməkdən dayanır. Bu, adətən sistemdə gizli sızma və ya radiatorlarda hava yığılması səbəbindən olur.

2. Radiatorların bərabər isinməməsi

Bəzi otaqlarda radiatorların soyuq, digərlərində isti olması nasosun zəif işləməsi, radiatorlarda çöküntü toplanması və ya sistemdə havanın olması ilə bağlıdır.

3. Filtrlərin tutulması

Kombilərdə həm su, həm də qaz filtrləri vaxtında təmizlənmədikdə cihazın gücü azalır və daha çox enerji sərf edir.

4. İsitmə və isti suyun gec verilmesi

Bu nasazlıq adətən istilik dəyişdiricisinin tutulması səbəbindən yaranır.

5. Cihazın tez-tez sönüb-yanması

Bu vəziyyət qaz təzyiqinin dəyişməsi, elektron kartın nasazlığı və ya baca çəkilişinin zəif olması ilə əlaqəli ola bilər.

Bu problemləri necə aradan qaldırmaq olar?

Kombinin alt hissəsində yerləşən doldurma klapanını açaraq təzyiqi 1–1.5 bar aralığına qaldırmaq kifayətdir. Təzyiq tez-tez düşürsə, mütləq ustaya müraciət edilməlidir.

Hər radiatorun yanındakı hava vintini açaraq içəridə yığılmış havanı boşaltmaq bərabər isinməni təmin edir. Kombi və radiator sistemindəki filtrlər azı ildə bir dəfə təmizlənməlidir. Payız-qış mövsümündə bu prosedur cihazın ömrünü xeyli artırır.

Bu iş yalnız peşəkar ustalar tərəfindən xüsusi məhlullarla həyata keçirilməlidir. Vaxtında yapılmadıqda kombi həm gec qızır, həm də daha çox qaz sərf edir. Tüstünün geriyə qayıtması həm cihazın sönməsinə, həm də təhlükəli qaz sızmasına səbəb ola bilər. Bacaların ildə ən az bir dəfə təmizlənməsi tövsiyə olunur.

Mütəxəssislər hesab edir ki, kombilərin profilaktik baxımdan keçirilməsi qışın ən sərt günlərində evlərin soyuq qalmasının qarşısını alır. Peşəkar xidmət göstərən şirkətlər artıq kombi təmizliyi, istilik xəttinin yuyulması və nasazlıqların aradan qaldırılması ilə bağlı müraciətlərin sayının xeyli artdığını bildirir.

Qızdırıcı sistemlərin daim işlədiyi bu mövsümdə vaxtında görülən texniki tədbirlər həm təhlükəsizliyi təmin edir, həm də enerji sərfiyyatını azaltmağa kömək edir. İstilik mövsümünün problemsiz keçməsi üçün kombilərin vaxtında yoxlanılması bir daha tövsiyə olunur.

Son xəbərlər