Kolleclərə qəbul olanların qeydiyyatı BAŞLANIR
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 14-ü saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olanlar üçün qeydiyyat prosesinə başlanacaq.
Elm və Təhsil Nazirliyindən BAKU.WS-ə bildirilib ki, qəbul olan şəxslər //portal.edu.az/ platformasında "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.
Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Elektron sistem üzrə qeydiyyat 22 avqust saat 18:00-da başa çatacaq.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...