Kolleclərdə "Müəllimlik" ixtisası LƏĞV EDİLİR
Kolleclərdə "Müəllimlik" ixtisası tədricən ləğv ediləcək.
BAKU.WS xəbər verir ki, bunu AzTV-yə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazirin sözlərinə görə, bu addım müəllimlik peşəsində rəqabətliliyi artıracaq.
"Kolleclərdə bəzi fənlər üzrə hazırlıq onsuz da aparılmırdı. Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə isə, əsasən, ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır", – deyə nazir qeyd edib.
O bildirib ki, kolleclərdə, əsasən, ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığı məhdudlaşdırılacaq.
Oxşar xəbərlər
"SOCAR Petroleum" yanacağa suyun qatılması iddiasına aydınlıq gətirib
"SOCAR Petroleum" QSC-yə məxsus yanacaqdoldurma məntəqəsində (YDM) avtomobilə benzin əvəzinə suyun vurulması ilə bağlı vətəndaşın iddiası təsdiqini tapmayıb. BA...